Ermənistan itkilərini gizlədir - VİDEO

Ermənistan itkilərini gizlədir - VİDEO
Düşmənin 100-ə yaxın canlı qüvvəsi, xeyli sayda hərbi texnikası məhv edilib

Son günlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan hərbi bölmələrinin təxribatlarına qarşı Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirib. Ordumuz 11 şəhid verib. Düşmənin 100-ə yaxın canlı qüvvə və xeyli sayda hərbi texnikası məhv edilib. Qarşı tərəfin itkiləri çox olsa da, Ermənistan Müdafiə Nazirliyi faktları gizlədir.

Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Ermənistanın itkiləri gizlətmə cəhdi çox çəkməyəcək. Hər şey aydınlığa çıxacaq. Çünki ortada fakt var.

Hərbi ekspert qeyd edib ki, Ermənistanın itkiləri gizlətməsi yeni hal deyil, Zamanla Ermənistanın güc strukturlarında müəyyən dəyişikliklərin olmasına baxmayaraq, itkilərin gizlədilməsini strateji xətt olaraq davam etdirilər.

Ədalət Verdiyev deyib ki, müharibə şəraitdə hər şey baş verə bilər, vətəndaşımız belə məqamda yalnız rəsmi məlumatlara inanmalı və istinad etməlidirlər.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər