Əbədiyyətin zabit şərəfi - VİDEO

Əbədiyyətin zabit şərəfi - VİDEO
Polad Həşimov və İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olundular

Aprel döyülərində göstərdiyi qəhrəmanlıqlara görə General mayor rütbəsinə yüksəlmiş Polad Həşimov, Qəbələdə keçirilmiş vida mərasimindən sonra paytaxtda
torpağa tapşırıldı. Torpaqlarımızı tapşırdığımız polkovnik İlqar Mirzəyevin ailəsi isə qəhrəmanla Bakıda vidalaşdı.

İndi Həşimov bizim şəhid generalımızdır. Anasının onun haqqında danışarkən dediyi "5 aydır evə gəlmirdi, gəlişi belə oldu" cümləsi hələ şəxsən mənim yaddaşımda çox qalacaq. İlk mənzilini şəhid ailəsinə bağışlamış general Polad Həşimov son mənzilində həmin şəhidlə birlikdə qalacaq.

Polad Həşimov şəhidlik zirvəsinə polkovnik İlqar Mirzəyevlə birlikdə yüksəldi. Onların ikinci fəxri xiyabandakı son mənzilləri də yanaşı oldu. Polkovnik Mirzəyevin oğlu Elvinin indi bir istəyi var. Atasının çətin və şərəfli yolunda mətin addımlamaq.

Şəhidlik verilən ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Polad Həşimov da, İlqar Mirəyev də ömür paylarını vətəninə, gələcək nəsillərə bağışladılar. Şəhidlər ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Ruhunuzun qarşısında baş əyirik!

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər