Braziliya prezidentinin "COVID-19" testi yenidən müsbət çıxıb

Braziliya prezidentinin

Braziliya Prezidenti Jair Bolsonaronun yenidən verdiyi koronavirus testi müsbət cavabla nəticələnib.

Trend-in məlumatına görə, prezident özünü yaxşı hiss etdiyini və bir həftədən çoxdur ki, hərarətinin olmadığını bildirib.

Ölkə başçısı nəfəs problemi və ya dad itkisi kimi ümumi simptomlarının olmadığını söyləyib. O, hidroksiklorokin ilə müalicə olunduğunu vurğulayıb.

Xatırladaq ki, ilk dəfə Braziliya prezidenti koronavirus infeksiyasına yoluxduğunu virusun simptonlarını özündə açkarlayaraq iyulun 7-də bildirib.

REAL

 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər