"Arsenal" "Liverpul"a minimal fərqlə qalib gəlib

İyulun 15-də futbol üzrə İngiltərə Premyer Liqasının 36-ci turunun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “Arsenal” klubu öz meydanında “Liverpul” komandasını qəbul edib. “Emirates” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hər üç top ilk yarıda vurulub. Hesabı 20-ci dəqiqədə qonaq komandadan Sadio Mane açıb. 32-ci dəqiqədə Aleksandr Lyakazett bərabərlik, 44-cü dəqiqədə Rayss Nelson qələbə qoluna imza atıb.

Bu Məhəmməd Salahın “Liverpul”un heyətində keçirdiyi 150-ci oyunu olub.

“Liverpul” 93 xalla 1-ci, xalını 53-ə çatdıran “Arsenal” isə 9-cudur.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər