Futbol üzrə Portuqaliya çempionatının qalibi müəyyənləşib

Futbol üzrə Portuqaliya çempionatının qalibi müəyyənləşib

Futbol üzrə Portuqaliya çempionatında "Portu" komandası 29-cu dəfə turnirin qalibi titulunu qazanıb.

Trend-in məlumatına görə, "Portu" komandası "Sportinq" klubunun futbolçularına 32-ci turda 2:0 hesabla gəlib.

Qolları Danil Pereyra (64-cü dəqiqə) və Mussa Mareqa (90-cı dəqiqə) vurublar.

"Portu" 32 oyunda 79 xal toplayaraq turnirin sonuna iki həftə qalmış ikinci yerdə olan "Benfika"dan 8 xal irəli keçərək vaxtından əvvəl çempion olub. Klubun aktivində bundan əlavə Portuqaliyanın 16 Kuboku və 21 Superkuboku, iki dəfə Çempionlar liqasının qalibi titulları var.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər