"Seria A"da "Yuventus" turu xalsız başa vurub

İtaliya A seriyasında XXXIII turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün 7 qarşılaşma baş tutub.

"Milan" öz meydanında "Parma"nı məğlub edibsə, "Napoli" "Bolonya" səfərində qələbəni son dəqiqələrdə əldən verib.

"Roma" paytaxtda "Verona"ya qalib gəlib.

Lider "Yuventus" "Sassuolo" səfərində büdrəsə də, "Latsio" onunla xal fərqini azaltmaq şansını dəyərləndirə bilməyib.

Tura iyulun 16-da keçiriləcək "Torino" - "Cenoa" (21:30) və  "Spal" - "İnter" (23:45) matçları ilə yekun vurulacaq.

İtaliya A seriyası
XXXIII tur
15 iyul
"Milan" - "Parma" - 3:1

Kessi, 55; Romanyoli, 59; Çalhanoğlu, 77 - Kurtiç, 44
"Bolonya" - "Napoli" - 1:1
Barrou, 80 - Manolas, 7
"Sampdoriya" - "Kalyari" - 3:0
Qabbyadini, 8; Bonatsoli, 41, 53
"Roma" - "Verona" - 2:1
Veretut, 10; Dzeko, 45+3 - Pessina, 47
"Leççe" - "Fiorentina" - 1:3
Skakov, 88 - Kyeza, 6; Qezzal, 38; Kutrone, 40
"Sassuolo" - "Yuventus" - 3:3
Curiçiç, 29; Berardi, 51; Kaputo, 54 - Danilo, 5; İquain, 12; Aleks Sandro, 64
"Udineze" - "Latsio" - 0:0

 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər