Sabahın havası

Sabahın havası

Bakıda və Abşeron yarımadasında iyulun 21-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən REAL-a verilən məlumata görə, cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27,  gündüz 34-39, Bakıda  gecə 25-27, gündüz  36-38 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28 dərəcə isti olacaq.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi gündüz  ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 22-27, gündüz  36-41, dağlarda gecə 16-21, gündüz  23-28 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 21-də Abşeron yarımadasında isti temperatur diskomfortu və  günün bəzi saatlarında durğun hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Digər xəbərlər
Bu gün
Dünən