Sabahdan hava dəyişəcək - VİDEO, YENİLƏNİB

Sabahdan hava dəyişəcək - VİDEO, YENİLƏNİB
Havanın temperaturu aşağı enəcək

ETSN-in Hidrometeoroloji Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyulun 23-dən şimal-qərb küləyi mülayimləşəcək.

İyul ayının 23-ü gündüz və 24-də havanın temperaturu tədricən yüksələcək. Temperatur 30-34 dərəcə arasında dəyişəcək.

Ölkə ərazisində müşahidə olunacaq qeyri-sabit hava şəraiti 24-dək davam edəcək.

İyulun 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  lakin gecə və səhər  yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.  

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 22-25,  gündüz 28-31, Bakıda  gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 753  mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti təşkil edəcək.  

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 21-26, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz  18-23 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

İyulun 22-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun  aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Digər xəbərlər
Bu gün
Dünən