Düşmən işğal etdiyi ərazilərdə 163 faydalı qazıntı yatağını talan edir (VİDEO)

Düşmən işğal etdiyi ərazilərdə 163 faydalı qazıntı yatağını talan edir (VİDEO)

Qarabağda təbii ehtiyatların talanı

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov və XİN-in Beynəlxalq Hüquq və Müqavilə İdarəsinin şöbə müdiri Sədi Cəfərov "Real İntervyu"nun qonağıdır

"Zəngin meşə fondunun yandırılması da ekoloji cinayət fonundadır. Hüquq müdafiəçiləri də burada diqqətli olmalıdır. Ekologiya bir sərhədlə məhdudlaşmır. Buna beynəlxalq hüquqi qiymət verilməlidir. Əks halda bu böyük fəlakətlərə gəririb çıxara bilər",-  deyə Samir Qurbanov bildirib. 

"Faydalı qazıntıların talan olunması beynəlxalq hüquqa ziddir. Beynəlxalq humanitar hüquq normaları da var. İşğalçı dövlətin xeyrinə bu məqsədlər istifadə olunmamalıdır. Bu işğal olunmuş ərazilər üzərində suverenliyin  pozulmasına gətirib çıxara bilməz. İşğal faktı özü qanunsuz fəaliyyətdir. Hüquqi müstəvidə işğal olunmuş ərzilərdə fiziki və hüquqi şəxslərə qaşı burada cinayət işi açılıb. “AzerGold” bu işə başlayıb. Bu istiqamətdə addımlar atılır. Cinayərkar quruplarını qarşısını almaq üçün bu addımlar davam etdiriləcək. Qanunsuz fəaliyyət Ermənistan tərəfindən bilavasitə törədilir", deyə Sədi Cəfərov bildirib. 

 

Digər xəbərlər
Bu gün
Dünən