Nadejda İsmayılova: Erməni sürücüsü avtomatı bizə tuşladığını montaj vaxtı gördük (VİDEO)

Nadejda İsmayılova: Erməni sürücüsü avtomatı bizə tuşladığını montaj vaxtı gördük (VİDEO)

Real İntervyunun qonağı Milli Mətbuatın 145 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafq sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Əməkdar jurnalist Nadejda İsmayılova.

N.İsmayılova öz müsahibəsində Qarabağ müharibəsi dövründə hazırladığı maraqlı reportajlar, Zori Balayandan müsahibə alması cəhdi barədə danışıb.

1987-1989-cu illərdə ilk dəfə Xalq artisti Vasif Babayevlə Dövlət Təhlüləsizlik Komitəsinin arxivlərinə daxil olan N.İsmayılova 1937-1940-cı illərdə repressiya olunmuş azərbaycanlıların qaranlıq taleyi ilə bağlı maraqlı açıqlamalar verib.

Nadejda İsmayılova bundan başqa 1993-cü ildə Ümummilli lider Heydər Əliyevdən Naxçıvanda müsahibə aldığı barədə də danışıb. Dedi ki, 1-də gəlin.  Soruşdum ki, sabah günorta 1-də? Dedi ki, yox, gecə gəlin. Mən gecə saat 2-dən tez evə getmirəm.

Digər xəbərlər
Bu gün
Dünən