"Qarabağ" Uroş Matiç transferini açıqladı

"Qarabağ" yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.

REAL klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, komanda Danimarkanın "Kopenhagen" klubundan Uroş Matiçi heyətinə qatıb. Yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb.

"Qarabağ"a transfer olan serb futbolçu keçid haqqında bunları deyib: "Təbii ki, "Qarabağ" haqqında məlumatım var idi, bilirdim ki, ölkənin ən böyük klubudur. Bilirdim ki, müntəzəm olaraq avrokuboklarda çıxış edir, bu da mənim "Qarabağ"ı seçməyimdə əsas rol oynadı. Artıq "Qarabağ"ın içindəyəm. Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüf deyil. Komandada çox yaxşı ailə atmosferi var və çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrildim. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəm".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər