"Mançester Siti" - "Real Madrid" oyunu "Etihad"da keçiriləcək

UEFA Çempionlar Liqasında İngiltərənin "Mançester Siti" və İspaniyanın "Real Madrid" komandaları arasındakı 1/8 final mərhələsinin cavab görüşü nəzərdə tutulduğu vaxtda keçiriləcək.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, oyun avqustun 7-də Mançesterdə təşkil olunacaq. 

Daha əvvəl Böyük Britaniya hökuməti ölkəyə gələnlər üçün yeni növ koronavirusun yayılması ilə əlaqədar 14 günlük karantin tətbiq edib. Lakin qərara alınıb ki, belə məhdudlaşdırıcı tədbirlər böyük beynəlxalq idman yarışlarına şamil olunmayacaq. 

Qeyd edək ki, Madriddəki qarşılaşmada "Mançester Siti" qalib gəlib - 2:1. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər