“Yuventus“ 36 qat İtaliya çempionu oldu

“Yuventus“ 36 qat İtaliya çempionu oldu

"Yuventus" futbol üzrə İtaliya çempionatının qalibi olub.

Turinli klub bu titulu "Sampdoriya" komandasını 2:0 hesabı ilə məğlub edərək birinciliyin sonuna iki tur qalmış qazana bilib. Oyunda qolları Kriştianu Ronaldu və Federiko Bernardeski vurublar.

"Yuventus" 36 turda 83 xal toplayıb və 76 xal toplayan "İnteri" geridə qoyub. Komanda ardıcıl olaraq doqquzuncu, tarixdə isə 36-cı dəfə İtaliya çempionu adını qazanır.

Xatırladaq ki, klubu çempionluğa mövsüm öncəsi komandaya rəhbərlik edən məşqçi Maurisio Sarri gətirib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər