Uroş Matiç: "Qarabağ" transferim üçün hər şeyi etdi"

Uroş Matiç:

"Bu komandada olmaqdan məmnunam".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın yeni transferi Uroş Matiç "Telegraf.sr" saytına açıqlamasında deyib.

Makedoniya əsilli serbiyalı yarımmüdafiəçi bildirib ki, Ağdam klubundan konkret təklif gəldiyi üçün bu komandaya keçməyə razılıq verib: "Qarabağ" transferim üçün hər şeyi etdi. Mənə daha böyük diqqət göstərdilər".

Klub barədə də danışan 30 yaşlı oyunçu "Qarabağ"ın yaxşı təşkilatlanmış kollektiv olduğunu söyləyib: "Oyunların başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, həm çempionatda, həm də avrokuboklarda yaxşı nəticələrimiz olacaq".

Qeyd edək ki, "Qarabağ" Danimarkanın "Kopenhagen" klubundan transfer etdiyi Uroş Matiçlə 2+1 illik müqavilə bağlayıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər