"Çerlidinq" üzrə Bakı kuboku keçirilib (VİDEO)

İdmançılar müxtəlif rəqs nominasiyaları üzrə çıxışlarını təqdim edib

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Çerlidinq Federasiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC EXTERN Mərkəzində “Gənclər və İdman Nazirliyinin yaranma günü”nə həsr olunmuş ilk dəfə olaraq çerlidinq üzrə onlayn açıq Bakı şəhər kuboku keçirilib.

Tədbir onlayn-distant formatda keçirilib. Belə ki, idmançıların olduqları yerdə nümayiş etdikləri müxtəlif idman hərəkətləri UNEC EXTERN Mərkəzində böyük monitor qarşısında əyləşmiş hakimlər heyəti tərəfindən qiymətləndirilib. Artıq 3 gündür ki, iştirakçılar öz videolarını təqdim edir, preformanslar izlenilir ve hakimlər heyəti tərəfindən qiymətləndirilir. Bu gün isə ən yaxşı videolar yeniden izlənib, həmçinin canlı olaraq bir çox iştirakçıların yeni çıxışları izlənilib.

Yarışda 200-ə yaxın idmançı iştirak edib. Onlar Çir pom fristayl, Majoretkalar, Rəqs pomponlarla, Baton tvitlinq,Çir caz, Çir xip xop, Akrobatik rəqs, Çir şou və Dünya xalqlarının rəqsləri nominasiyaları üzrə çıxışlar nümayiş etdiriblər.
Bundan başqa ”Gənclər və İdman Nazirliyinin yaranma günü” ilə əlaqədar olaraq Çerlidinqlə yanaşı Karatenin kata növləri üzrə də yarışlar keçirilir, yaxın günlərdə isə solo kapoera üzrə onlayn açıq Bakı şəhər kuboku keçiriləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər