Qazaxıstanda yeni mövsümün startı yenə təxirə salındı

Qazaxıstanda yeni mövsümün startı yenə təxirə salındı

Qazaxıstan Premyer Liqasında 2020/2021 mövsümü nəzərdə tutulan vaxtda başlamayacaq.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkədə koronavirus pandemyası ilə əlaqədar karantin rejiminin müddətinin 2 həftəlik uzadılması səbəbindən çempionat qeyri-müəyyən müddətədək yenidən təxirə salınıb.

Yeni mövsümlə bağlı qərar karantin müddəti başa çatdıqdan sonra veriləcək.

Qeyd edək ki, Qazaxıstan Premyer Liqası avqustun 3-də başlamalı idi.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər