Dünyanın ən yaxşı stadionları açıqlandı

Dünyanın ən yaxşı stadionları açıqlandı

"Brand Finance" konsaltinq agentliyi dünyanın ən yaxşı stadionlarının reytinq cədvəlini açıqlayıb.

"Report"un məlumatına görə, seçimlər zamanı 3 əsas amil - azarkeşlərin oyunlarda iştirakı, matçlardan gələn gəlir və "12-ci oyunçu" olma bacarığı nəzərə alınıb.

Siyahıya İngiltərənin "Tottenhem" klubunun ev oyunlarını keçirdiyi eyniadlı arena başçılıq edir. İkinci pillədə ABŞ-ın "Atlanta Yunayted" komandasına məxsus "Mercedez-Benz" stadionu yer alıb. İlk "3-lüy"ü Uels millisinin matçlarına ev sahibliyi edən "Millenium" arenası tamamlayır.

Rusiya "Zenit"inin rəqiblərini qəbul etdiyi "Qazprom Arena" isə reytinqdə 11-ci yerdə qərarlaşıb. Bu stadion "Stad de Frans", "Emireyts" və "Old Trafford" kimi arenaları qabaqlayıb.

Dünya ən yaxşı stadionlarının reytinq cədvəlində ilk "10-luq" aşağıdakı kimidir:

1. "Tottenhem Hotspur"

2. "Mercedez-Benz"

3. "Millenium"

4. "Uembli"

5. "Santyaqo Bernabeu"

6. "Nou Kamp"

7. "Feltins Arena"

8. "Alyans Arena"

9. "Vanda Metropolitano"

10. "Yohan Kroyf Arena"

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər