Canni De Byazi ilə müqavilə imzalanıb - VİDEO

Canni De Byazi ilə müqavilə imzalanıb - VİDEO
İtaliyalı mütəxəssisin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib.

Tərəflər bu gün müqavilə imzalayıblar. Anlaşmanın müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və 2022-ci il Dünya Çempionatının seçmə mərhələsini əhatə edir. İtaliyalı mütəxəssisin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır.

De Byazi futbol ictimaiyyətinə müraciət də edib. Maraqlısı isə odur ki, 64 yaşlı çalışdırıcı müraciətini Azərbaycan dilində edib.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər