Ağdaşda qəza olub, ölən və xəsarət alan var

Ağdaşda qəza olub, ölən və xəsarət alan var

Ağdaş rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağdaşın Yuxarı Qəsl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Qafurov Siyavuş German oğlu idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn, Ağdaş sakini 1959-cu il təvəllüdlü Üzeyir Qafarovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı S.Qafurov ağır xəsarətlər alaraq dünyasını dəyişib, sərnişin, Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər