Ermənistanın şərtləri rədd edildi - VİDEO

Ermənistanın şərtləri rədd edildi - VİDEO
İlham Əliyev Paşinyanın şərtlərini zibil vedrəsinə atdı

Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bunu Prezident İlham Əliyev deyib. O, Azərbaycanın, heç kimin tanımadığı qondarma “Dağlıq Qarabağ respublikası” ilə, danışıqlar aparmayacağını da bildirib.

Millət vəkili Mahir Abbaszadənin sözlərinə görə, Ermənistan baş nazirinin Dağlıq qarabağ və onun ətrafında olan 7 rayonla bağlı sərgilədiyi mövqe bir daha onu göstərir ki, Paşinyan öz sələflərinin siyasətinə sadiq qalaraq əslidə danışıqlar prosesini uzadır, işğal prosesini davam etdirir.

Mahir Abbaszadə Paşinyanın bu sərsəm bəyanatlarının daxili ritorikaya hesablandığını deyir.

Prezident çıxışında Paşinyana sərt mesaj da göndərdi. Erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar.

Danışıqların əsas mahiyyəti işğal edilmiş torpaqların azad olmasından ibarətdir. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, “biz qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli o, danışıqları məhv edir.

Prezident İlham Əliyev Ermənistanın 7 şərtinin qarşısına bir şərt qoydu. Erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdır!

Digər xəbərlər
Bu gün
Dünən