Könlü geniş "Könüllülər" (VİDEO)

Könlü geniş
4000-dən çox imkansız ailəyə ərzaq yardımı çatdırılacaq

Heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqaməti olan "Könüllülük"Azərbaycan gəncliyinin güzgüsüdür.Azərbaycanda Könülllülük hərəkatı Asan xidmətin adı ilə bağlıdır.Lakin qısa zamanda bir çox dövlət və özəl təşkilatlar bu ənənəni davam etdirdilər.Könüllülər pandemiya dövründə fədakarcasına öz misiyalarını yerinə yetirdilər.

Bu gün bir çox fəaliyyət sahələrində könüllülərin əməyindən istifadə olunur.Bunun fonunda onlar cəmiyyətə müxtəlif mesajlar da ötürmüş olurlar.Bizi biz edən humanistlik,yardımsevərlik xüsusiyyətlərimizi könüllülərin simasında görə bilirik.

"Asan xidmət" mərkəzləri vətənə,dövlətə bağlı ,intellektual gənclərin yetişməsində məktəb rolunu oynayır.Bir zamanlar "Könüllü"kimi Asan xidmətdə çalışan,hazırda isə Milli məclisin deputatı olan Kamal Cəfərov belə deyir.

Qeyd edək ki,2019-cu ildə 3 minə yaxın gəncin iştirakı ilə Könüllülərinin II Həmrəylik Forumu keçirilib və 30 minə yaxın gənc müxtəlif dövlət qurumlarında könüllülük fəaliyyətinə cəlb edilib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər