Göyçayda yanğın: ev sahibi ürək tutmasından öldü

Göyçayda yanğın: ev sahibi ürək tutmasından öldü

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

REAL xəbər verir ki, hadisə bu gün saat 11:00 radələrində rayonun Ləkçıplaq kəndində qeydə alınıb.

Kənd sakini, 1941-ci il təvəllüdlü Qarayeva Malikə Nəbi qızına məxsus ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ev tamamilə yanaraq yararsız hala düşüb.

Evinin yandığını görən ev sahibi, 79 yaşlı Malikə Qarayeva qorxu və həyəcan keçirdiyi üçün ürək tutması səbəbindən dünyasını dəyişib.

Ailə üzvləri hadisədən gec xəbər tutub. Alov qısa vaxtda evi tam əhatə edib. Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar, yanğın tam söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər