Qurbanlıq qoyunların satış məntəqəsi - VİDEO

Qurbanlıq qoyunların satış məntəqəsi - VİDEO
3 gündə 856 vətəndaş tərəfindən 1047 qurbanlıq qoyun sifariş edilib

Kənd təsərrüfatı nazirliyi tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən qurbanlıq qoyunların satış məntəqələri Bakı şəhərində 9, Sumqayıt şəhərində isə 1 ünvanı əhatə edir.
Onlayn satışın təşkilində əsas məqsəd bayramla əlaqədar istehlakçıların seçim imkanlarını artırmaq, azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını ödəmək və bazarlarda yarana biləcək süni qiymət artımının, həmçinin mövcüd karantin rejimi ilə əlaqədar yarana biləcək əhali sıxlığının qarşısını almaqdır.

Qeyd edək ki, vətəndaşlar onlayn sifariş edərkən bir qurbanlıq üçün ilkin olaraq 20 manat ödəniş edib. Vətəndaşlar qurbanliği götürməyə gəldikləri zaman kəsilmiş çəkiyə uyğun olaraq 1 kq üçün 11.5 manat olmaqla qurbanlığın ümumi dəyəri hesablanır və ilkin olaraq ödənilmiş 20 manat ümumi məbləğdən çıxılır və yerdə qalan pul nəğd şəkildə ödənilir.

“Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mais Musayev bildirib ki, vətəndaşlar bayramın ilk günündə qurbanlıqlarını götürmək istədiyinə görə sifariş olunan qurbanlıqlar əsas hissəsi bu gün onlara təqdim olunacaq.

Xidməti personal tibbi qoruyucu vasitələrdən istifadə etməklə (əlcək, fəaliyyət göstərir. Dünyada və ölkəmizdə mövcud koronavirus pandemiyasının və karantin rejiminin tələblərinə uyğun olaraq satış məntəqələrində vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət edilir. Bu prosesdə Aqrar İnkişaf Könüllüləri Təşkilatının üzvləri də yaxından iştirak edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər