Ermənistan Sorosun təsiri altındadır - VİDEO

Ermənistan Sorosun təsiri altındadır - VİDEO
İlham Əliyev: Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz

"Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub."

REAL xəbər verir ki, bunu Prezident İlham Əliyev deyir. O, birmənalı olaraq bildirib ki, Sorosun tör-töküntüləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müttəfiqləri ola bilməz və bu təşkilata üzv olan ölkələri düşündürməlidir.

Millət vəkili Naqif Həmzəyevin fikrincə, son hadisələrə nəzər salmaq kifayətdir ki, Ermənistan hakimiyyətinin təxribatları bu gün də davam edirdiyinin şahidi olasan.

Ermənistan hakimiyyəti itirilmiş nüfuzunu bərpa etmək üçün müxtəlif təxribatlar törədir. Və burada onun ən böyük dəstəkçisi də məhz Soros fondudur.

Prezident İlham Əliyev çıxışında, Soros fondunun yaxndan dəstəyi ilə hakimiyyətə gələn Paşinyanın rəhbərlik etdiyi patiyanın adına da diqqət çəkib. Adı "Çıxış!" olan partiya əslində iki təşkilatdan – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi Birliyindən çıxmağı nəzərdə tuturdu. Amma çıxmadılar və müxtəlif yalan bəyanatlarla sübut etməyə çalışırlar ki, onlar bu təşkilatlara sadiqdirlər. Məsələnin əsl mahiyyəti isə ortadadır.
 

Digər xəbərlər
Bu gün
Dünən