15 gəncin həqiqət səsi - VİDEO

15 gəncin həqiqət səsi - VİDEO
Dövlətə Dəstək Hərəkatı Qarabağ həqiqətlərini dünyaya çatdıracaq

"Uzun müddət idi ki, ağlımızda dövlətə dəstək hərəkatı kimi proyekt var idi. Lakin Tovuzda Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat bu planımızın həyata keçməsinə təkan verdi və bu prosesi daha da sürətləndirdi. Və 15 nəfər gənc olaraq, müxtəlif dillərdə yazılar yazıb, dünyanın bir neçə ölkəsində onu diaspor nümayəndəliklərimizə göndərdik. Burda əsas məqsəd təbii ki, erməni terrorunu, erməni vandalizmini dünya auditoriyasına və erməni ictimaiyyətinə çatdırmaqdır. Eyni zamanda istəyirik ki, Azərbaycanın tarixi həqiqətlərini, Qarabağda baş verənlərdən hər kəsin xəbəri olsun..."

REAL xəbər verir ki, bu fikirlər yeni yaranmış Dövlətə Dəstək Hərəkatının rəhbəri Kənan Həmzəoğluna məxsusdur.

Məncə də bundan sonra təxribatların qarşısını almaq, ermənilərin faydasına ola biləcək hadisələrə yol verməmək və dinc , soyuqqanlı şəkildə düşmənin cavabını vermək ən düzgün yoldur. Tovuzdan başlayıb, Avropa, Amerika qitəsinədək uzanan cəbhə xəttində qələbə bayrağını işğal altında olan torpaqlarımıza sancmaqla neçə neçə Mübarizlərin , Fəridlərin ,Poladların, bütün şəhidlərimizin ruhunu dincəltmiş olacağıq.

Digər xəbərlər
Bu gün
Dünən