Meksikada koronavirus qurbanlarının sayı 46 mini ötdü

Meksikada koronavirus qurbanlarının sayı 46 mini ötdü

Meksikada ötən gün 8458 nəfər “COVID-19”a yoluxub, 688 nəfər isə bu virusdan həyatını itirib.

REAL “CNN”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ümumilikdə Meksikada 424,637 təsdiqlənmiş “COVID-19” xəstəsi var və 46,688 nəfər bu virusun qurbanı olub. 

Xatırladaq ki, yoluxma sayına görə Meksika Latın Amerikası ölkələri arasında Braziliyanın ardından ikincidir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər