Ukraynada koronavirusa yoluxanların sayı 70 mini ötdü

Ukraynada koronavirusa yoluxanların sayı 70 mini ötdü

Ukraynada daha 1 172 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlayıb.

Məlumata görə, son sutkada 556 nəfər koronavirusdan sağalsa da, 16 nəfər xəstəliyin qurbanı olub.

Bildirilib ki, Ukraynada qeydə alınmış yoluxma hallarının sayı 71 056-ya yüksəlib. Onlardan 1 709 nəfər vəfat edib, 39 308 nəfər isə sağalıb.

Beləliklə, hazırda ölkədə 30 039 aktiv koronavirus xəstəsi var. 

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər