"Bal meyvə" - VİDEO

72 hektarlıq ərazidə alma, armud və gavalı yetişdirilir

Gözəllik abidəsi Balakənimizin Bal meyvə adlı səfalı intensiv meyvə bağları...

2012-ci ildən bu yana fəaliyyət göstərən meyvə bağında alma,armud və gavalı kimi meyvələr yetişdirilir.Böyük bir meyvə bağından söhbət edirik.Daha dəqiq desək sahəsi 72 hektardı.Onun 42 hektarı isə meyvə bağının payına düşür.

Bağın sahəsinin artırılmasıyla bağlı artıq işlər görülür.Belə ki,Sentyabr ayında yeni soyuducu anbar istifadəyə veriləcək və bu anbarda məhsulun daha yaxşı və uzun müddətli saxlanılmasına imkan yaradacaq.

Katex kəndində yerləşən bu meyvə bağında 77 min ədəd 9 növdə alma və 3 min ədəd 4 növdə armud 6500 ədəd 5 növdə gavalı tingləri əkilib.

Bal meyvə meyvə bağlarından əldə edilən məhsul daxili tələbatı ödəməklə yanaşı xarici tələbatı da ödəyir.Yüksək məhsuldarlığın əldə olunması üçün damlama suvarma sistemi də yaradılıb.Belə ki,burdakı meyvələr dağlardan gələn şəffaf və təmiz sularla qidalanır.Bu da öz növbəsində meyvənin dadına öz müsbət təsirini göstərir.İstər ləti,istərsə də şirəsi əvəz edilməz dada malik olur.

Bağlara ən son intensiv texnologiyalardan istifadə etməklə aqrotexniki,aqrokimyəvi xidmətlər göstərilir.Xidmətlər zamanı müasir kənd təsərrüfatı texnikalarından istifadə edilir.

Bağın sözün əsl mənasında füsunkar bir gözəlliyi var.Çəkiliş apardığımız müddətdə bağ ərazisində işləməklə yanaşı həm də istirahət etdik.Hər bir tərəfi ayrı bir mənzərəyə açılırdı.

Xatırladım ki,iyul ayının 29-da prezident İlham Əliyev Balakəndə səfərdə olarkən bu bağı da ziyarət edib və burdakı şəraitlə tanış olub.

REAL
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər