İnsan haqlarını pozub “qoruyan”lar (VİDEO)

İnsan haqlarını pozub “qoruyan”lar (VİDEO)
"Human Rights Watch"ın hesabatları əhəmiyyətsiz kağız parçasıdır

Gördüyünüz bu xanım, Sara Li Uitsondur. Human Rights Watch-un Yaxın Şərq və Şimali Afrika direktoru.

Təşkilatda kifayət qədər yüksək vəzifə tutsa da adıçəkilən xanım hər zaman ölkəmizə qarşı öz qərəzli, qeyri-obyektiv mövqeyi ilə tanınıb. Təşkilatın adı insan hüquqları olsa da, fəaliyyəti tamamilə başqa olub. Yəni "Human Rights Watch" əks

istiqamətdə fəaliyyət göstərib, özü insan hüquqlarını pozub, eyni məsələ üzrə ikili standartdan çıxış edib. Buna görə də "Human Rights Watch"un hesabatları artıq ciddi qəbul olunmur. Həm də təkcə Azərbaycanda deyil, digər ölkələrdə də "insan haqlarını qoruyan" qurumun əsl niyyəti və fəaliyyəti artıq məlumdur.

Məsələyə ikili standartla yanaşan nə adıçəkilən xanım, nə də onun təmsil olunduğu təşkilatın hesabatı obyektiv, doğru-düzgün qəbul edilə bilməz. Çünki öz yurd-yuvasından qovulan insanlara, onların işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma aparan ölkənin siyasətinə göz yuman qurum, heç vaxt insan haqları müdafiəçisi ola bilməz.

Elə bu yaxınlarda ABŞ-ın nüfuzlu "The Wall Street Journal" nəşri də eyni mövzunu işıqlandırılıb. Belə ki, nəşr Azərbaycanda insan haqları sahəsində vəziyyəti müntəzəm olaraq kəskin tənqid edən, mənzil- qərargahı Nyu-Yorkda olan "Human Rights Watch" beynəlxalq insan haqları təşkilatının işğal altında olan ərazilərdə aparılan məskunlaşmaya dair ikiüzlü yanaşmasını tənqid edən məqalə dərc edib.

Məqalənin müəllifi ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki "Kohelet Policy Forum" mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviçdir (Eugene Kontorovich).

Müəllif yazır ki, "Human Rights Watch" təşkilatının Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitson İsrailin İordan çayının qərb sahilində, işğal edilmiş Fələstin ərazilərində apardığı məskunlaşmanı ən sərt şəkildə tənqid etsə də, digər yerlərdə işğal ediliş ərazilərdə qanunsuz məskunlaşmanı qətiyyətlə dəstəkləyir.

Corc Meyson Universitetinin professoru qeyd edir ki, xanım Uitson hətta öz Tvitter səhifəsində Qarabağda, işğal edilmiş ərazilərdə hazırlanan erməni şərabını reklam edir.

Bu ziddiyyətin səbəbləri barədə suala Uitson elektron poçtla belə cavab verib: "Mənim erməni diaspor təşkilatlarına şəxsi dəstəyim onların Ermənistanda xeyriyyəçilik və təşviqat fəaliyyəti, habelə erməni soyqırımının tanınmasına yönəlmiş təbliğat səyləri ilə bağlıdır".

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, özünü insan haqları müdafiəçisi kimi göstərən Sara Li Uitson əslində insan haqlarının ən böyük pozucusudur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər