AQTA gücləndirilmiş iş rejimində - VİDEO

AQTA gücləndirilmiş iş rejimində - VİDEO
Onlayn sifariş edilən qurbanlıqlar sahiblərinə çatdırılır

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində stasionar fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində baytarlıq nəzarəti tədbirlərini davam etdirir.

Həmçinin,31 iyul-1 avqust tarixlərində Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən qurbanlıq qoyunların onlayn satışı təşkil olunub.Sifariş olunan qurbanlıqlar bu gün də sahiblərinə təhvil verilir.

Qeyd edək ki,Qurban bayramı ilə əlaqədar olaraq,bu ilki kəsim və satış prosesinə müəyyən dəyişikliklər edilib.AQTA bir daha vətəndaşları xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunan qaydalara əməl etməyə çağırır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər