İki ordu, bir təlim (VİDEO)

İki ordu, bir təlim (VİDEO)
Azərbaycan və Türkiyə birgə hərbi təlimləri davam edir

Azərbaycanla Türkiyə arasında hər il keçirilən birgə təlimlər dostluq qardaşlıq əlaqələrinin növbəti təzahürüdür. Hər iki ölkə arasında hərbi sahədə əməkdaşlıq regionda sülhün bərqərar olmasında mühim amillərdən biri kimi qiymətləndirilir.

Keçirilən birgə hərbi təlimlər iki qardaş ölkə arasındakı əlaqələrin miqyasını da ortaya qoymuş olur. Güclü hərbi tərəfdaş olan Türkiyə Azərbaycana açıq dəstəyini bir daha sübut etdi.

Ermənistanın regionda yürütdüyü siyasət qəbul olunmazdır. İşğalçı ölkənin hər addımda gərginlik yaratmaq cəhdi, Rusiyanın maraqlarına ziddir.

Millət Vəkili Elşad Mirbəşir bildirdi ki, Türkiyə ilə Rusiya arasında hazırki münasibətlərin inkişaf dinamikası hər iki dövlətin maraqlarına cavab verir.

Qeyd edək ki,“TurAz Qartalı - 2020” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib. Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir.

Plana uyğun olaraq mövcud vəziyyət qiymətləndirilir, döyüş tapşırıqları dəqiqləşdirilir, real şəraitdə ərazinin kəşfi aparılır.

Müvafiq məruzələr dinlənildikdən sonra, təlimə cəlb edilən qoşunların qəbul olunan qərara əsasən tətbiqi üzrə tapşırıqlar ərazidə aydınlaşdırılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər