ABŞ polisi yenidən “iş başında“ (VİDEO)

ABŞ polisi yenidən “iş başında“ (VİDEO)
Sosial şəbəkədə polis zorakılığını əks etdirən görüntülər yayıldı

Birləşmiş Ştatlarda artıq ənənə halını almış daha bir polis zorakılığı qeydə alınıb. Bu dəfə isə zorakılıq qadına qarşı həyata keçirilib. ABŞ dövlət departeminin sabiq yüksək çinli məmuru Amos Hochstein öz tvitter səhifəsində zorakılığı əks etdirən video paylaşaraq, bu halın pislənməsini tələb edib.

"Biz bu videonu daha geniş kütlə arasında yaymalıyıq. Hər bir amerikalı bunu görməlidir. Mən Dövlət Departamentində çalışan zaman bu kimi hallar digər ölkələrdə baş versəydi biz bunu pisləyərdik” - deyə Amos Hochstein tvit paylaşıb.

Qeyd edək ki, artıq ABŞ-ın Portland şəhərində polis zorakılığına etiraz olaraq nümayişlərə start verilib.

Nümayişçilər Prezident Donald Trampın aksiyada iştirak edənləri terrorçu adlandırmasına da etiraz ediblər.

Aksiyaya polisin yenidən sərt şəkildə müdaxilə etdiyi və onlarla insanın yaralandığı bildirilir.

Bundan əlavə çox sayda insanın saxlanılaraq, naməlum istiqamətə aparıldığı haqqında da məlumat var.

Millət vəkili Fazil Mustafa deyir ki, Amerika Birləşmiş Ştatlarında polis zorakılığının artan templə inkişafı amerika cəmiyyətində də böyük narahatlıq yaradıb. Son vaxtlar baş verən qiyamlar, polisə qarşı aqressiyalar, polis maşınlarının dağıdılması ilə bağlı faktlar çoxalıb.

Millət vəkili Qərb təşkilatlarının Azərbaycan əleyhinə səsləndirdiyi iddialara da münasibət bildirdi. O, bu məsələlərdə cəmiyyəti daha diqqətli olmağa və müqayisə etməyi bacarmağa çağırdı.

Fazil Mustafa Xaricdən Azərbaycan əleyhinə səslənən fikirlərin arxasında əslində müəyyən təzyiqin, bəhanənin dayandığını deyir.

Millət vəkili Azərbaycan cəmiyyətini bunu anlamağa və müdafiə mövqeyindən daha çox, qətiyyətli, sərt mövqe ortaya qoymağa çağırdı.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər