Argentinada prezidentin ədliyyə islahatı müxalif qüvvələrin etirazlarına səbəb olub

Argentinada prezidentin ədliyyə islahatı müxalif qüvvələrin etirazlarına səbəb olub

Argentinada müxalif qruplar paytaxt Buenos Ayresdəki mərkəzi meydana toplaşaraq prezident Alberto Fernandezin elan etdiyi ədliyyə islahatı layihəsinə etiraz ediblər.

Etirazlar həmçinin keçmiş prezident indi isə vitse prezident olan və 2007-2015-ci ildə hakimiyyətdə olduğu dövrdə törədilən cinayətlərə görə federal hakimlər tərəfindən araşdırılan Kristina Fernandes de Kirşnerə qarşı keçirilir.

Fernandez, iyulun 29-da ədliyyə islahatı təşəbbüsünü ortaya qoyaraq, məqsədinin daha şəffaflıqla daha çevik ədalət əldə etmək olduğunu bildirib.

Etirazçılar isə onun məqsədinin əslində bir çox cinayətlərdə əli olan lakin cəzasız qalan Kristina Fernandes de Kirşner və onun adminstrasiyasında olan yüksək vəzifəli şəxslərin ətrafında gedən istintaqdan əhalinin fikrini yayındırmaq olduğunu hesab edir.

Yeni qanunvericiliyin ən mübahisəli məqamlarından biri, korrupsiya iddiası üzrə vitse-prezidentin vəkili olan Carlos Beraldinin islahat və sistem işləməsi barədə məsləhət verəcək on bir hüquqşünasdan biri olmasıdır.

Qeyd edək ki, Kirşner çirkli pulların yuyulması və digər bir çox cinayət əməllərində ittiham olunur.
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər