Meksikada ötən gün rekord sayda insan koronavirusa yoluxub

Meksikada ötən gün rekord sayda insan koronavirusa yoluxub

Meksikada ötən gün 9556 nəfər “COVID-19”a yoluxub. Bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstəricidir.

Həmçinin son sutkada 784 nəfər bu virusun qurbanı olub.

REAL “CNN”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ümumilikdə Meksikada 434193 təsdiqlənmiş “COVID-19” xəstəsi var və 47472 nəfər bu virusun qurbanı olub. 

Xatırladaq ki, yoluxma sayına görə Meksika Latın Amerikası ölkələri arasında Braziliyanın ardından ikincidir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər