Avropa Liqasında qrupa düşən klublar müəyyənləşib

Avropa Liqasında qrupa düşən klublar müəyyənləşib

Avropa Liqasının 2020/21 mövsümünə qrup mərhələsindən başlayacaq komandaların tam siyahısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 17 komanda qitənin ikinci dərəcəli klub turnirində mübarizəyə qrupdan start verəcək.

Bunlar UEFA reytinqinə əsasən qitənin 12 ən yaxşı ölkəsinin təmsilçiləridir. İlk “beşlik”dəki ölkələr hərəyə iki, digərləri bir komanda ilə qrupda təmsil olunacaq.

Qrup mərhələsində oynayacağı dəqiqləşən klublar aşağıdakılardır:
“Arsenal” (İngiltərə)
“Roma” (İtaliya)
“Napoli” (İtaliya)
“Bayer” (Almaniya)
“Vilyarreal” (İspaniya)
MOİK (Rusiya)
“Braqa” (Portuqaliya)
“Lester” (İngiltərə)
“Real-Sosyedad” (İspaniya)
“Feyenoord” (Niderland)
“Hoffenhaym” (Almaniya)
“Zarya” (Ukrayna)
“Nitsa” (Fransa)
“Lill” (Fransa)
“Antverpen” (Belçika)
“Sivasspor” (Türkiyə)
“Volfsberqer” (Avstriya)

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin digər 31 iştirakçısı təsnifat oyunlarından sonra bəlli olacaq. 21 komanda Avropa Liqasının pley-offunda qalib gəlməklə bu hüquqa yiyələnəcək. Çempionlar Liqasında uduzan 10 komanda da onlara qoşulacaq.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər