Amazon meşələrində iyul ayında 6803 yanğın baş verib

Amazon meşələrində iyul ayında 6803 yanğın baş verib

Amazon meşələrində ötən ay 6803 yanğın baş verib. Bu göstərici isə keçən ilin eyni ayı ilə müqayisədə 28 faiz çoxdur.

REAL xəbər verir ki, bu barədə Braziliyanın Milli Kosmik Universiteti kosmik peyklərdən əldə olunan informasiyalara əsaslanaraq məlumat yayıb.

Məlumatda qeyd olunur ki, təkcə iyulun 30-da bu subtropik meşələrdə 1007 yanğın hadisəsi qeydə alınıb.

"Greenpeace" Qeyri-Hökumət Təşkilatının məlumatına görə, bu,  2005-ci ilin iyul ayından bəri bu ayda qeydə alınan ən pis göstəricidir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər