Hindistanda son sutka ərzində 54 mindən çox insan koronavirusa yoluxub

Hindistanda son sutka ərzində 54 mindən çox insan koronavirusa yoluxub

Hindistanda son sutka ərzində 54730 nəfər koronavirus infeksiyasına yoluxub.

Ümumilikdə ölkədə "COVID-19"a  1,750,723 insan yoluxub. Bu nəticə ilə Hindistan ABŞ və Braziliyadan sonra dünya üzrə koronavirusa yoluxma sayına görə 3-cü yerdədir.

REAL "CNN"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Hindistanda bu günə qədər koronavirusdan 37,364 nəfər infeksiyanın qurbanı olub. Hazırda ölkədə 567,730 aktiv xəstə var, 1 milyon 145 mindən çox insan isə virusla mübarizədən qalib ayrılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər