Pandemiyanın iqtisadi zərbələri - VIDEO

Pandemiyanın iqtisadi zərbələri - VIDEO
Bu zərbələr də Bakı və regionlar arasındakı fərqin azalmasına mane olmadı

Ötən müddət ərzində pandemiya dövründə qəbul edilən paketlər postpandemiya dövründə real sektorda iqtisadi artımın daha qısa müddətdə əldə edilməsinə imkan yaradacaq. Ekspertlər hesab edirlər ki, pandemiya dövründə də Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayıb. 2020-cİ ildə ölkə iqtisadiyyatı üçün törətdiyi mənfi fəsadlara rəğmən büdcə gəlirləri üzrə proqnozlar artıqlaması ilə icra olunub. Pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılmış 1 milyard 409 milyon manat vəsait ayrılıb.

Statistik məlumatlara görə, Azərbaycanda turizm sektoru 48 faiz, tikinti sektoru isə 14,5 faiz tənəzzülə uğrayıb. Baxmayaraq ki, sektorların ümumi daxili məhsulda payı son illər ərzində artırdı. Amma eskpertlər hesab edirlər ki, postpandemiya dövründə, xüsusilə, 2023-cü ilədək indi tənəzzülə uğramış sahələrdə artım müşahidə olunacaq.

Mütəxəssislərin fikrincə, regionlarda sənaye müəssisələri və eləcə də sosial obyektlərin istifadəyə verilməsi və bu kontekstdə məşğulluğun təmin edilməsi ilə bağlı atılan addımlar, regionlarda yeni “ASAN Xidmət” mərkəzlərinin açılması mərhələli şəkildə iqtisadi baxımdan region və Bakı arasındakı fərqin azaldılmasına yönələn addımlardandır.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər