“Qarabala”nı qara günə aparan “ağ ölüm” Foto

“Qarabala”nı qara günə aparan “ağ ölüm” Foto
Nigeriyalı tələbənin həyatının faciəvi hekayəsi

Şimali Kipr Türk Respublikasında nigeriyalı tələbə qətlə yetirilib.

Real.TV xarici mətbuata istinadən xəbər verir ki, polis öldürülən şəxsin 23 yaşlı Kennedi Taomvaba olduğunu müəyyən edib. Onun Kipr Universitetində təhsil aldığı bildirilib. Nigeriyalı tələbənin cəsədi aşkarlanandan sonra axtarış əməliyyatı başladılıb. Məlum olub ki, onu universitetin yaxınlığında kirayə qaldığı evdən qaçırdıblar.

Aparılan araşdırmalardan sonra Kennedinin ölümündə şübhəli bilinən 3 türk qız saxlanılıb. Saxlanılan 22, 18 və 16 yaşlı qızlar dindirilmə zamanı əməllərini etiraf ediblər. 16 yaşlı şübhəli bildirib ki, Kennedi narkotika aludəçisi və satıcı olub.

“Kennedini 8 nəfər qaçırdıb. Mən də onların içərisində idim. Onu döyə-döyə öldürdülər. Mən ona əlimi vurmadım. Sadəcə seyr etdim”, - deyə yeniyetmə qız bildirib.

Kennedini “ağ ölüm” satan şəbəkə pul üstündə qətlə yetirib. Qətlin səbəbi isə Kennedinin götürdüyü narkotikanın pulunu vaxtında sahibinə çatdırmaması olub. Ona dəfələrlə xəbərdarlıq ediblib. Kennedi götürdüyü naktotik maddələrin pulunu az verib.
Polis qətldə iştirak edən digər 5 nəfəri də saxlayıb. Saxlanılanlardan 3-ü qadın, 5-i kişidir. Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə