“10 il ərzində varlana bilməyənin günahı özündədir” FOTO

“10 il ərzində varlana bilməyənin günahı özündədir” FOTO
19 yaşlı gənc 7 il ərzində 1,5 milyon dollar qazanıb

Almaniyada yaşayan 19 yaşlı Erik Finman qısa zaman ərzində varlanıb.

Real.TV xəbər verir ki, 19 yaşlı gənc hazırda 1,5 milyon dollar sahibidir. O, bu pulu çox asan üsul ilə qazanıb. Belə ki, bir neçə il bundan əvvəl Erik nənəsindən ad günündə aldığı min avronu dünyada ən populyar kriptovalyutası olan bitkoin alır.

Həmin dövrdə yenicə bazara girən kriptovalyuta ucuz satılırdı. O, həmin vaxt bitkoinin bahalaşacağını desə də, ətrafında olan dost-tanış ona inanmayıb. Lakin bir neçə ildən sonra sürətlə bahalaşan kriptovalyuta onu asanlıqla milyonçu edib.

Hazırda varlı olan Erik deyir ki, 12 yaşında olarkən valideynləri ilə şərt kəsib. Sözləşməyə görə, əgər Erik öz gücü və ağlı hesabına qısa zamanda varlı olarsa, oxumayacaq. “Standford” universitetinin alimləri olan ana və atası Erikin bu təklifini ciddi qəbul etməyiblər. Lakin 12 yaşında ona verilən min avronu elektron vasitə ilə bitkoinə yatırdan Erik haqqında düşünülən neqativ fikirləri alt-üst edib. 2011-ci ildə bitkoin 12 dollara olarkən, Erik 100 ədəd həmin kriptovalyutadan alıb. Bununla da, Erik həyatını tamam dəyişib.

Həmin dövrdə dostları və müəllimlər Eriki yarıtmaz biri kimi tanıyıblar. Müəllimləri ona deyiblər ki, “sən normal sənət sahibi olmayacaqsan. Yaxşısı budur, dərsləri burax, get “McDonald's”da çalış”. Erik isə deyilənlərin tam əksi olaraq, cəmi 7 il ərzində milyonçu olub.

Hazırda varlı gənc müəllimlərinə və yaxınlarına ithafən bunları bildirib: “Özlərini ağıllı sayan elm adamları, başqalarını qınayan savadlı şəxslər, əgər siz 10 il ərzində varlana bilmirsizsə, bu sizin günahınızdır. 10 il ərzində varlana bilməyənlər, bu sizin bacarıqsızlığınızdır, acizliyinizdir”.

Erik Finman kasıb olarkən onunla yaxınlıq etməyən, əksinə onu lağa qoyan insanları saymır. Onların təkidli dostluq təkliflərini qəbul etmir. Özünə daha səmimi və müdrik dostlar axtarır.

Ziya Səccad

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə