Terrorçular türk tanklarını bu silahla vurub - Foto

Terrorçular türk tanklarını bu silahla vurub - Foto
Terrorçular ABŞ və Rusiya istehsalı olan silahlardan istifadə edir

Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatını uğurla davam etdirir.

Real.TV xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vatikana getməzdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Türkiyə ordusunun Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində məhv etdiyi yaraqlıların sayı 965 nəfərə çatıb.

"Sözsüz ki, terrorizmlə mübarizədə itkilər də mümkündür. Ancaq unutmaq lazım deyil ki, qorxaqlar qələbənin nə olduğunu bilmirlər. Lakin əsas diqqəti bizim tankların necə vurulması məsələsinə yönəltmək lazımdır. Hazırda həlak olan tankın ekipajlarının necə vurulması araşdırılır. Tankın vurulduğu silahın hansı ölkənin istehsalı olması müəyyənləşdirilir”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, aparılan araşdırmalarda məlum olub ki, Türkiyə Ordusuna məxsus tanklar ABŞ istehsalı olan raketlərlə vurulub. Hazırda YPG terrorçularının türk hərbçilərinə qarşı istifadə etdiyi müasir silahlar Amerika və Rusiya istehsalıdır. Bu silahlardan ən təhlükəlisi isə 3,5 kilometrdən hədəfi dəqiq məhv etmək imkanına malik olan tank əleyhinə raketlərdir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə