Narkotik vasitə satarkən yaxalandı - VİDEO

Narkotik vasitə satarkən yaxalandı - VİDEO
Saxlanılanın yanacaqdoldurma məntəqəsindən oğurluq etdiyi də üzə çıxıb

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şükür Məmmədov saxlanılıb. O, həmyerlisinə 0,092 qram kustar üsulla hazırlanan psixotrop maddə - metamfetamin satmaqda şübhəli bilinib. Çox keçmədən şübhələr özünü doğruldub.

Araşdırmalarla müəyyən edilib ki, Şükür Məmmədovun qara əməlləri yalnız narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqdan ibarət deyil. O da məlum olub ki, həmin şəxs avqustun 29-u səhər saatlarında Qazaxdan Bakıya gedən zaman yolüstü Göygöl rayonunda yerləşən yanacaqdoldurma məntəqəsindən 300 manat dəyərində mobil telefon və 500 manat nağd pul oğurlayıb.

Qeyd edək ki, saxlanılan Şükür Məmmədov barəsində yerli məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

Digər xəbərlər
Bu gün
Dünən