KXDR və Cənubi Koreya arasında “buzlar əriyir”

KXDR və Cənubi Koreya arasında “buzlar əriyir”
Şimali Koreya rəsmisi Cənubi Koreyaya səfər edəcək

Şimali Koreyanı xarici səfərlərdə və tədbirlərdə təmsil edən parlament sədri Kim Yong-nam qış olimpiya oyunları üçün Cənubi Koreyaya səfər edəcək.

Real.TV xəbər verir ki, illər sonra bu, ilk yüksək səviyyəli səfər olacaq. Məclis sədri 22 nəfərlik heyət ilə cümə günü Cənubi Koreyaya səfər edəcək. KXDR və Cənubi Koreya idmançıları açılış tədbirində eyni bayraq altında addımlayacaqlar. Şimali Koreyanın qış olimpiya oyunlarında iştirakı rəsmi Pxenyanın siyasi manevri kimi qiymətləndirilir.

İki ölkənin qadın hokkeyi üzrə idmançıları bazar günü vahid komanda kimi İsveçə qarşı meydana çıxıb. Kim Yong-nam Cənubi Koreyaya son dörd ildə səfər edən ən yüksək rütbəli məmurdur.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər