Ərdoğan: “Avropa İttifaqının şərtləri Ankaranı maraqlandırmır”

Ərdoğan: “Avropa İttifaqının şərtləri Ankaranı maraqlandırmır”
Türkiyə rəhbəri Avropa İttifaqı barədə sərt açıqlama verib

Türkiyə Avropa İttifaqına daxil olmaq naminə öz maraqlarını qurban verməyəcək.

Real.TV xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Ankara ilə danışıqları guya Türkiyənin onun tələblərini yerinə yetirməməsi bəhanəsi ilə dayandırıb.

"Türkiyə Avropa İttifaqının bütün tələblərini yerinə yetirib və onun tamhüquqlu üzvü olmaq niyyətindədir. Avropa İttifaqının digər şərtləri Ankaranı maraqlandırmır”, - deyə Ərdoğan bildirib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə