Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo “Kyevo” - “Yuventus” matçında debüt edib. İlk oyununda Ronaldo rəqib qapıçı Stefano Sorrentino ilə toqquşub.
Aldığı ciddi zədə səbəbindən 39 yaşlı qapıçı oyuna davam edə bilməyib. Həkimlər qapıçıya burun sınığı diaqnozu qoyublar.
Qeyd edək ki, görüş "Yuventus"un 3:2 hesablı qələbəsi ilə başa çatıb.