Növbəti erməni təxribatı

Növbəti erməni təxribatı
"ExpoCentre" ASC tərəfindən "Stepanakert Konyak Zavodunun" Sərgidə iştirakının qarşısı alınıb.

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində ermənilər təxribata  cəhd ediblər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  Real TV-yə verilən məlumata görə,  işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərən "Stepanakert Konyak Zavodu” tərəfindən sərgidə iştirak üçün müraciət edilib. Məsələyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən dərhal reaksiya verilib.

Bunun beynəlxalq hüquq normalarına zidd olduğu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu vasitəsilə rəsmi olaraq Sərginin təşkilatçısı "ExpoCentre" ASC-yə çatdırılıb. Nəticədə də "ExpoCentre" ASC tərəfindən "Stepanakert Konyak Zavodunun" Sərgidə iştirakının qarşısı alınıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə