Gəncənin yeni icra başçısı kimdir? - FOTOLAR

Gəncənin yeni icra başçısı kimdir? - FOTOLAR

Prezident İlham Əliyev Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bayramov Niyazi Müzəffər oğlu 26.03.1956-cı ildə Bakı şəhərində anadan olub, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhərində Mayeləşdirilmiş qazın istehsalı və satışı üzrə istehsalat birliyində fəhlə kimi başlayıb.

1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib.

1986-1991-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcraiyyə Komitəsində şöbə müdiri, 1992-ci ildə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcra Hakimiyyətində başçının müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsinin Gəncə gömrükxanasının rəisi, 2010-cu ildə Azərbaycan Respublikasının Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəıs müavini, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, mart-aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14.04.2012-ci il tarixli 2173 nömrəli sərəncamı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Qarabağ müharibəsi iştirakçısıdır.

Ailəlidir. 2 övladı var.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə