Ermənilərin saldığı hay (VİDEO)

Ermənilərin saldığı hay (VİDEO)
Stavropol ermənilərindən Azərbaycana qarşı iddia

Rusiyanın Stavropol vilayətinin Mineralnıye Vodı şəhərində azərbaycanlılar və ermənilər arasında qarşıdurma yarana bilər. Bu iddia ilə Ermənistanın news.am saytı çıxış edib. Sayt iddia edir ki, azərbaycanlılar bu vilayətdə apardıqları tikinti işləri və diger biznes sahələri ilə erməniləri sıxışdırır.

Qeyd edək ki, tarixi boyu Stavropol vilayətinə daxil olan Kislavdosk, Yesentuki, Stavropol və Mineralniye Vodı kimi iri şəhərlərdə ermənilər sayca daha çox olub.

Burada istər ticarət, istərsə də idarəetmə sahələrində ermənilərin üstünlüyü müşahidə olunub. Hazırda Stavropol vilayətində 300 minə yaxın erməni yaşayır. Stavropolda fəaliyyət göstərən “Odlar yurdu” Azərbaycan Cəmiyyətinin sədri Fəxrəddin Yarıyevin REAL-a verdiyi məlumata görə, Stavropolun vilayət rəhbərliyi ilə Azərbaycan arasında olan əlaqələrin inkişafı erməniləri qıcıqlandırır və səsləndirilən iddialar da məhz bundan qaynaqlanır. 

Saytda dərc olunan yazıda hazırda Azərbaycan şirkətlərinin Kislovodskda iri sanatoriyaların yenidən qurulması işini həyata keçirdiyi və bunun da guya şəhərin ekoloji durumuna zərər verdiyi iddia olunur.

Əldə etdiyimiz məlumata görə hazırda Kislovodskda inşa olunan 5 sanatoriyadan yalnız birini Azərbaycan şirkəti inşa edir. Ermənilər 200 ildən artıqdır ki, bu vilayətdə yaşadıqlarını iddia edərək, guya şəhərin ekoloji vəziyyətinin qayğısına qalmaları barədə görüntü yaratmaları isə əbəs deyil. Hazırda Stavropol vilayətinin qubernatoru olan Vladimir Vladimirovun ötən il Bakıya səfəri də erməniləri narahat edib. Səfər zamanı Vladimir Vladimirov Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə Stavropoldan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çatdırılması ideyası ilə çıxış edib.

Azərbaycan dinamik şəkildə inkişaf edir. İranla Azərbaycanı bağlayan dəmir yolu xətti tikilir. Biz öz taxılımızın ixracı və tranziti üçün bu marşrutda çox maraqlıyıq. Ola bilər ki, bu, sonra Hindistana da çıxış xətti ola bilər. Bu barədə danışıqlar aparmışıq. Ümid edirəm ki, razılaşmalarımız həyata keçiriləcək və biz bu xətlə İrana taxıl ixrac edə biləcəyik-deyə qubernator ötən il Bakıya səfəri zamanı çıxışında bildirib.

Regionda beynəlxalq layihələrdən kənar qalan ermənilər indi də qonşu ölkələrdə artan Azərbaycanın nüfuzunu öz dədə-baba qaydaları ilə qarşını almağa cəhd edirlər. Amma Azərbaycanın güclü iqtisadiyyatı və qəti xarici siyasəti artıq ermənilərin nüfuzunun yüksək olduğu qonşu ölkələrdə hiss olunmaqdadır. Bu amil erməniləri qıcıqlandırsa da yenə də onların hayı və küyü özlərinə qalacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə