Rusiyanın əsas gəlir mənbəyi təhlükədə (VİDEO)

Rusiyanın əsas gəlir mənbəyi təhlükədə (VİDEO)
Ölkəyə neft və qazla bağlı texnologiyalar satılmayacaq

Son illər Moskvaya qarşı tətbiq edilən iqtisadi sanksiyalara əlavə olunan yeni sanksiyalar Britaniyada rusiyalı casusa qarşı həyata keçirilən əsəb-sinir qazı ilə hücumla əlaqədardır.

Dövlət Departamenti Rusiyaya xaricdən bəzi silah alış-verişi və maliyyə yardımını ləğv etməyi, eləcə də bu ölkəyə kreditləri dayandırmağı, milli təhlükəsizlik və texnoloji baxımdan həssas malların ixracını qadağan etməyi planlaşdırır.

Qanuna görə, Rusiya 90 gün ərzində kimyəvi silahlardan istifadədən imtina etməyə və müfəttişlərin onların aradan qaldırıldığını təsdiq etməsinə razı olmasa, sanksiyaların daha sərt-ikinci raundu tətbiq ediləcək.

Rusiyaya qarşı qüvvəyə minən sanksiyalar REAL-ın efirində iqtisadçı ekspert Vüqar Bayramovla müzakirə edilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə