Ermənistanın veto hədəsi (VİDEO)

Ermənistanın veto hədəsi (VİDEO)
Ermənilər Azərbaycanın KTMT-yə üzv olmasından qorxur

Əgər Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük niyyətini bəyan etsə, Ermənistan veto haqqından istifadə edəcək. Virtualaz.org xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi mətbuat katibinin vəzifələrini icra edən Anna Naqdalyan keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, KTMT-də olduğu kimi, Avrasiya İqtisadi Birliyində də qərarlar iştirakçı ölkələrlə müzakirələrdən sonra verilir. Anna Naqdalyan xatırladıb ki, Azərbaycanın KTMT-yə üzv olma imkanları analitik dairələrdə müzakirə edilir.
Politoloq Eldar Namazov hesab edir ki, Azərbaycanın bu təşkilata üzvlüyü ermənilərin Dağlıq Qarabağla bağlı apardığı hərbi, siyasi, diplomatik konsepsiyanı darmadagın edə bilər. Məhz buna görə də Ermənistan veto hüququndan istifadə edəcəyini bəri başdan bəyan edir.

Namazov deyir ki, KTMT-nın nizamnaməsində qeyd olunur ki, Təşkilata qoşulan ölkələr BMT-nin nizamnaməsi,Təhlükəsizlik Şurasının qərarları əsasında fəaliyyət göstərəcək. Həmin qərarlarda isə Qarabağla bağlı açıq qeyd olunur ki, bu torpaqları ermənilər işğal edib və qeyd-şərtsiz bu torpaqlardan çıxmalıdır. Deməli ermənilər təkcə beynəlxalq hüquq normalarını, ATƏT və BMT prinsiplərini deyil, eyni zamanda KTMT-nın da nizamnaməsini kobud şəkildə pozmaqda davam edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə